“Qalatasaray”da ciddi itki

Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

ANS PRESS-in məlumatına görə, komandanın qol silahı Burak Yılmaz Superliqanın növbəti turunda “Karabükspor”la keçiriləcək oyunu buraxacaq.

Buna səbəb onun “Avro-2016″nın seçmə mərhələsində Hollandiya ilə oyunda zədələnməsidir.

Qeyd edək ki, “cim-bom”un daha iki futbolçusu Səbri Sarıoğlu və Semih Kaya da zədəlidir.

Onların da növbəti turun oyununa hazır olub-olmayacağı sual altındadır. …read more

From:: ANS