Müsəlmanlar artır

2050-ci ildə dünyada müsəlman əhalinin sayı xristianların sayına yaxınlaşacaq. ANS PRESS-in məlumatına görə, ABŞ-dakı “Pew” araşdırmalar mərkəzi islamı dünyada ən sürətlə artan din kimi təqdim edib. Onlar araşdırmalarını doğuş səviyyəsi və din dəyişməyə meyilliliyi əsas gətirərək aparıb.

2010-cu ilin rəqəmlərinə görə, 2,2 milyard insan, dünya əhalisinin 31 faizi xristiandır. Müsəlmanların sayı isə 1,6 milyard – 23 faizdir.

“Pew”in təxminlərinə görə, əgər bu günki demoqrafik vəziyyət davam etsə 2050-ci ildə dünya əhalisinin 9,3 milyard olması gözlənilir. Onlardan 2,8 milyardı müsəlman, 2,9 milyardı isə xristian olacaq. Bu halda dünyada müsəlman əhalinin sayı 30 faizə çatacaq. Xristian əhali isə 2010-cu ildəki faiz göstəricisini qoruyacaq. Yəhudilər də 13 milyon 860 mindən 16 milyon 90 minə çata bilər.

Müsəlman əhalinin sayındakı bu artım isə gənc əhali və doğum səviyyəsindəki göstəricilərdir. Yəni müsəlman qadınların doğuş göstəriciləri 3,1, xristianlarda 2,7, hindularda 2,4, yəhudilərdə 2,3-dür.

Dünyada 40 milyon insanın başqa dinlərdən xristianlığa keçməsi gözlənilir. Xristianlıqdan imtina edənlərin sayı isə 106 milyon nəfər ola bilər.
Yəhudilər bu dövrdə 300 min itki verəcəklər. İslama gələnlərin sayının isə 3 milyon artacağı gözlənilir.

Araşdırmaya görə, 2050-ci ildə Avropa əhalisinin 10 faizi müsəlman ola bilər. ABŞ-da sə müsəlmanlar yəhudilərin sayını keçəcək. Belə ki, ABŞ-da xristian əhalinin sayının 66,4 faizə, yəhudilərin 1,8-dən 1,4 faizə enməsi, ateistlərin artaraq 25,6 faziə çatması, müsəlmanların isə 0,9-dan 2,1 faizə çatması proqnozlaşdırılır. …read more

From:: ANS