Banklar krediti manatla verməlidir

“Biz banklara tövsiyyə edirik ki, müştərilər üçün əlverişli şərtlər irəli sürsünlər”.

ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan banlarının Mülki Məcəllənin müddəalarını pozaraq dollarla kredit verməsi barədə suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, təbii ki, hər şey müştəri ilə bankın arasında bağlanmış müqavilədən asılı olacaq: “Bankın müştərinin tələbinə qulaq asmamağa ixtiyarı yoxdur. Amma bununla belə, biz beynəlxalq iqtisadiyyatın tərkib hissəsiyik və banklara təzyiq göstərə bilmərik. Bankların öz kredit öhdəlikləri var. Onlar buna uyğun siyasətlərini həyata keçirirlər”. …read more

From:: ANS