Dollarla bağlı nikbin proqnoz

“Rus rublu ötən günlə müqayisədə bu gün dollara və avroya nisbətdə 30-50 qəpik möhkəmlənib. Amma geriyə sıçrayış ehtimalı da qalır, yəni bir dollar 57 rubl səviyyəsinə çata bilər.”

ANS PRESS-in məlumatına görə, bunu maliyyə üzrə ekspertlər proqnozlaşdırırlar.

Yəməndə baş verən hadisələr Rusiya valyutasına təsir edən amillərdəndir. Əgər quruda müharibə başlayarsa, onda neftin qiyməti düşəcək və rubl daha da möhkəmlənəcək. Amma beynəlxalq oyunçular, müvafiq olaraq, əsəbi halda istənilən belə xəbərlərə reaksiya verirlər və buna görə neftin qiyməti bütovlükdə artır.

Proqnozlara görə, indi dollar 35 rubl olmayacaq. Çünki inflyasiya mövcuddur, belə olan halda rublun möhkəmləndirilməsi yalnız fantastik romanlarda mümkündür. Ancaq gələcək uzunmüddətli perspektivdə 40-45 rubl həcmində ola bilər.

Xatırladaq ki, bu günə olan rəsmi məzənnəyə görə 1 dollar 56,99 rubla bərabərdi. Dünənki məzənnə ilə müqayisə də bu, 1 rubl 36 qəpik ucuzlaşma deməkdir. Avro isə 1 rubl 6 qəpik ucuzlaşaraq 61,69 rubla düşüb. …read more

From:: ANS