Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır

“Bəziləri I Avropa Oyunlarının reallaşmaması üçün qarayaxma kampaniyası aparır”.

ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin bu günki plenar iclasında çıxış edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı çıxışında deyib.

O, Avropa Oyunlarına qarşı olan dairələrdən söz açıb. Deputat bildirib ki, anti-Azərbaycan koalisiyasında bir sıra qüvvələr iştirak edir. “Eurovision mahnı yarışmasında da belə hal müşahidə edilirdi. Lakin bu beynəlxalq yarış reallaşdı”.

Fəzail Ağamalı qeyd edib ki, Azərbaycan I Avropa Oyunları ilə bağlı öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.

Xatırladaq ki, Avropa oyunları iyun ayının 12-də başlayacaq. Bağlanış mərasimi isə iyunun 28-də olacaq. …read more

From:: ANS