Günün bürcü: rahatsızlıq yarana bilər

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – maddi, real işlərlə məşğul olun, həyatdan kam alın. Sözlərin dəyəri çox deyil və buna görə də kiməsə öz mövqeyinizi anladaraq sinirlənməyin. Yalnız qarşılıqlı maraq varsa, işgüzar görüşlər fayda verəcək.

Gərəkli ideyaları səbatlı etməyə imkan verəcək ideyalar olacaq.
Mühafizəkar, inadkar olun, gördüyünüz işin təfərrüatına varın.

Diqqətli olun ki, tərəfdaş və ya şərik sizi dəstəkləsin.

Axşam saatlarında istirahət edin. İmkan varsa, açıq havada olun.
Çox soyuq heç nə içməyin.

Buğa – işlərə praktik və sayıq yanaşmanın tələb olunduğu gündür. Dünən hisslərlə həyəcanın bol olduğu sahədə indi nisbi sakitlikdir. Yetərincə əlaqə və məlumat topladığınız sahələrdəki qarşılıqlı təmasda olan məsələlər sizi maraqlandıracaq.

Yaxşı bələd olduğunuz işi yerinə yetirərkən yeni ideya yarana bilər.
Yeni planların əsasını qoymaq üçün əlverişli zamandır. Diqqətli olun, enerjinizi boşuna xərcləməyin.

Axınla hərəkət edin. İnadkarlıq və yaxın ətrafınızdakı insanların çatışmazlıqlarına dözümsüzlük nümayiş etdirərək vəziyyəti qəlizləşdirməyin.

Ətrafınızdakı insanlarla münasibətdə harmoniyaya nail olun, hisslərinizi tarazlayın.

Əkizlər – şəraitə sürətlə, tez uyğunlaşın, amma tələskənlik etməyin, hövlnak addımlar atmayın. Mümkün qədər faydalı əlaqələr yaradın. Səfər, səyahət və ünsiyyət üçün uğurlu gündür.

Faydalı məsləhət və informasiya ala bilərsiniz. Xırdalıqların, təfərrüatların böyük dəyəri var.
Qüsursuz görünməyə çalışın.

Ev işləri üçün yaxşı gündür.
Şəxsi münasibətlərdə qarşılıqlı anlaşma və səmimiyyəti ön plana çıxarın.
Heç hara tələsməyin.

Xərçəng – ambisiyalarınızı hərəkətə gətirəcək maraqlı və əlverişli gündür. Potensialın araşdırılması ilə imkanların dəyərləndrilməsi maraqlı nəticələr vəd edir. Özünüz barədə indiyədək etiraf etmək istəmədiyiniz gerçəyi biləcəksiniz.

Tələskənliyə aldanmayın. Perspektivdə gərəyiniz ola biləcək informasiyanı dəyərləndirin.
“Milçəkdən fil düzəltmək” istəyən adam var. Bu şəxsin məkrinə aldanmayın, təxribatına uymayın. Aldığınız məlumatları təhlil etsəniz, dəyərli və qiymətli informasiya əldə edə bilərsiniz.

Praqmat olun, yaşanan şəraitdə mümkün qədər rahat davranın. Bir qədər nəfəs alın, növbəti gedişi buraxın.
Problemlərin bəziləri özbaşına həllini tapır.
Axşam saatlarında görüşlərdən imtina edin, yaxşı dincəlin.

Şir – səhər saatlarından etibarən aktiv və sayıq olun. Əsas məsələ olur …read more

From:: ANS