Azərbaycanda 250 min saxta pul

Azərbaycanda saxta rubl satana şəxslər saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, Astara rayon sakinləri Qadir Kərimov, Anar İbadov və Valeh Babayevdən saxta əskinaslar götürülüb.

Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov, Anar İbadov və əvvəllər məhkum olunmuş Valeh Babayev şübhəli şəxs qismində PB-yə gətiriliblər. Q.Kərimovdan 250.000 rubl saxta əskinas götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il noyabr ayının 23-də 28 May küçəsində yerləşən Standart Banka məxsus valyutadəyişmə məntəqəsinə gəlib orada işləyən Fərid Məmmədova 250.000 rubl saxta əskinas verib 3075 manat almaları müəyyən edilib. …read more

From:: ANS