Yasamalda məskunlaşan azyaşlıların sahibi tapıldı (VİDEO)

Uşaqları küçələrə sığınmağa vadar edən bəzi səbəblər olur. Ya ana-atasını itirən azyaşlılar qohum nəzarətində qalmaqdansa, küçələrə üz tutur, ya da valideyn nəzarətsizliyindən bu istəklərini reallaşdira bilirlər.

Bir neçə gün öncə “İnşaatçılar” metro stansiyasının yanındakı bina evlərinin həyətində olan istilik borularının üzərində yatmış 4 azyaşlı uşaq aşkarlamışdı.

Bina sakinlərinin sözlərinə görə, həmin 4 azyaşlı uzun müddətdir ki, bu ərazidə avtomobillərin şüşələrini silməklə, yerli camaata müxtəlif xidmətlər göstərməklə öz çörək pullarını çıxarırdılar.

Şahidlərin dediyinə görə, az yaşlılar onlara heç kimlərinin olmadığını, səfil həyat sürdüklərini bildirib. Amma bina sakinləri onların artıq pis vərdişlərə yiyələndiklərini sübut edən telefona çəkilən video görüntüləri bizə təqdim etdilər.

Kadrlarda az yaşlılardan birinin yapışqan iylədiyinin şahidi olduq. Bir neçə saatdan sonra Yasamal Rayon Polis İdarəsində öyrəndik ki, həmin 4 azyaşlı tutularaq bölməyə gətirilib və dindirilib. Sonra isə Uşaq Sığınacaq Mərkəzinə aparılıb.

Uşaq Sığınacaq Mərkəzinin rəhbəri Kəmalə Ağazadə isə bildirdi ki, həmin 4 azyaşlı ilk dəfə özlərini kürd kimi təqdim edib. Amma sonra məlum olub ki, onlar Qazaxın kürd məhləsi adlı yaşayış məskənində qohumları ilə qalır. Artıq onların əmisi tapılıb və uşaqlar aidiyyəti üzrə ona təhvil verilib.

“Bu cür uşaqları əksəriyətinin ya ataları həbsdədir, ya anaları vəfat edib, ya da tərk ediblər. Bura gələn uşaqların sayı 4 yox 6 nəfərdir. Onlar gündüzlər küçələrdə dilənir, avtomobillərin şüşələrini silirlər. Biz onlarla danışıq aparan zaman onlardan biri özündə deyildi, yapışqan iyləmışdi. Bu cür uşaqlar qapalı tipli müəssisələrdə qalaraq reabilitasiya olunmalıdırlar”, – deyə Kəmalə Ağazadə vurğulayıb.

Hazırda baş verən bu kimi hallara qarşı dövlət tərəfindən hansı tədbirlərin və işlərin görüldüyünü öyrənmək məqsədilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsilə əlaqə saxladıq. Komitədən bildirdilər ki, bu kimi hallarla rastlaşdıqda həmin uşağın aşkarlanması və onun valideyinlərinin tapılması istiqamətində işlər aparılır. Valideyini və ya yaxınları tapıldıqdan sonra isə aidiyyəti üzrə təhvil verilir. Amma bu kimi halların baş verməsinin səbəbi müxtəlif amillərdən qaynaqlanır.

“Risk qrupuna daxıl olan bəzi ailələr var. Buna tək valideynli …read more

From:: ANS