Bakının mərkəzində bərbad yeraltı keçidlər (VİDEO)

Paytaxtın mərkəzində yenə də natəmiz yeraltı piyada keçidlərinə rast gəlmək olar.

ANS TV-nin məlumatına görə, son vaxtlar paytaxtda onlarla piyada keçidi tikilib istifadəyə verilib. Düzdür bəzən bu keçidlərdən istifadə etməməkdə piyadaları günahlandırırıq. Amma bəzi piyada keçidlərinin vəziyyətini gördükdə sakinlərin ondan istifadə etməməkdə haqlı olduğu qənaətinə gəldik.

Məsələn, Səbail rayonu ərazisində Neftçilər prospektində Baryaq meydanı ərazisində yerləşən keçiddəki vəziyyət heç də ürəkaçan deyil.

Eskalatorlar fəailyyətdə deyil. Burada piyada əvəzinə zibil qalıqlarına rast gəlmək mümkündür. Keçidin içərisində isə siqaret kötükləri və kiçik polietilen torbaların sayı-hesabı yox idi. Bu vəziyyətdən isə razı qalan buranı özünə məskən seçən heyvanlar idi.

Eyni zamanda yaxınlıqda yerləşən digər keçidlərə də isə təmizlik qənaətbəxş idi, amma divarların isə təmirə ehtiyyacı vardı.

Dənizkənarı Milli Parkın yaxınlığında yerləşən yeraltı piyada keçidin fasadına vurulmuş mərmər piltələr hansısa, fantastik kinolardaki hərəkətli daş kitabələri xatırladır. Belə ki, onları toxunmaqla istənilən istiqamətə hərəkət etdirmək olur.

Ərazidə yaşayan və arabir keçiddən istifadə edən sakinlər isə divarlardakı daş piltələrinin hər an düşəcəyindən ehtiyatlanırlar. Onları narazı salan bir məqamda isə gecə saatlarında keçidin qaranlıq olmasıdır.

“Yeraltı piyada keçid vasitəsilə parka gediş-gəliş intensivdir. İmkan daxilində keçid təmir olsun, işıqladırma sistemi bərpa edilsin. Yeraltı piyada keçidə təyinatı üzrə fəaliyyət göstərməsinə üçün aidiyyəti qurumlar tərəfindən nəzarət olunsun. Gecələr keçidin işıqları yanmır”, – deyə Bakı sakin Aqil Eyvazov bildirib.

Məsələ ilə bağlı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Pünhan Mürsəliyev bildirir ki, sözügedən keçidlərdəki vəziyyətdən xəbardardılar. Və günah da piyadaların özündədir. O ki qaldı, keçidlərin nəzarətsiz qalmasına.

“Qeyd olunan iki keçid də çox qısa bir müddətdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə təhvil veriləcək. Bundan sonra biz həmin keçidlərdə daimi olaraq təmizlik işləri aparacağıq. Həmin keçidi tam olaraq əhalinin istifadəsinə verməmişdən öncə bəzi şəxslər piyada keçidinin içərisində quraşdırılan aynanı təpiklə sıradan çıxarıblar”.

Qurum rəsmisi həmçinin piyadalar keçddən profilinə uyğun istifadə etməyə çağırdı. Xüsusilə keçidi idman zalı hesab edənlərdə piyada mədəniyyətinə yiyələnməyə dəvət etdi.

…read more

From:: ANS