12 il sonra sahibini tapdı

Pişik 12 il sahibəsini axtarıb. ANS PRESS-in məlumatına görə, Tobi ləqəbli pişik sahibəsi Cemme Lafı 12 il axtarıb. Qadına sevimli heyvanını 2002-ci ildə itirib. O, bir müddət pişiyi axtarsa da artıq onu tapacağına dair heç bir ümidi qalmamışdı.

Pişiyi itirdikdən sonra Cemme Laf gələcək həyat yoldaşı ilə tanış olub və yaşayış yerini dəyişib. Onun yeni evi Tobi ilə birgə yaşadığı evdən 112 km uzaqda yerləşir. Ona 16 yaşlı Tobinin tapılması haqddında baytar zəng edərək xəbər verib.

Məlum olub ki, son iki ayda Tobi reabilitasiya klinikasının ərazisində yaşayıb. Burada işləyən könüllülərdən biri onu evsiz heyvan zənn edərək klinikaya gətirib.

“Mən istərdim ki, o, mənə haralarda olduğunu yazsın. İtən zaman pəncələri ağ idi, indi isə bir az bozlaşıb. Güman etmək olar ki, bu zaman ərzində Tobi küçələrdə yaşayıb. Mən telefon zənginə inana bilmədim”-deyə Laf etiraf edib.

…read more

From:: ANS