Ermənipərəst senator həbs oluna bilər (VİDEO)

Amerikadakı erməni diasporunun havadarı hesab edilən, qondarma erməni soyqırımını tanıtmaq üçün ciddi cəhdlər göstərən Senator Robert Menendes rüşvətxorluqda günahlandırılır. Korrupsiya siyahınısnda hələki erməni diasporundan aldığı bəxşişlər olmasa da, ittihamlar kifayət qədər ciddidir.

ANS TV-nin məlumatına görə, ABŞ-ın Ədliyyə Nazirliyi Senatın xarici işlər üzrə komitəsinin başçısı Nyu-Cersi ştatından olan ermənipərəst demokrat senator Robert Menendes ilə bağlı korrupsiya ittihamı irəli sürüb. 61 yaşlı senator korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla, 14 maddə üzrə ittiham olunur.

Təhqiqat zamanı Menendes ilə Floridada yaşayan dostlarından biri, Demokrat partiyasının donoru, zengin oftalmoloq Salomon Meldjen arasında sıx münasibətlərin olması faktı üzə çıxıb. Ədliyyə Nazirliyində iddia edirlər ki, bu münasibətlər sayəsində Robert Menendes həkim Meldjendən ümumi dəyəri təxminən 1,2 milyn dollar olan müəyyən hədiyyələr, seçki kampaniyası və Dominikan Respublikasına şəxsi səfərləri üçün pay şəklində yüz minlərlə dollar, heç bir ödəniş etmədən hava nəqliyyatından istifadə, Dəbdəbəli məzuniyyətlər, gənc sevgililərinin asanlıqla viza almalarına kömək kimi öz vəzifəsindən istifadə edib.

Salomon Meldjenanın bəxşişləri müqabilində isə konqresmen həkimin qanunla problemlərdən qaçmasına kömək ermək, vəzifəyə gətirilməsi üçün xidməti vəzifəsindən istifadə etməkdə şübhəlidir.

Senator barəsində araşdırma təxminən iki il davam edib. Korrupsiyada ittiham olunan senator Robert Menendes Senatın Xarici Əlaqələr Komitəsindəki vəzifəsindən də öytən gün istefa verib.

Hələ 2012-ci ildə, Robert Menendes ABŞ Senatına yenidən seçilməzdən əvvəl, o, nalayiq davranışda, o cümlədən Dominikan Respublikasında iki azyaşlı ilə münasibətdə olmaqda ittiham edilmişdi. Lakin dəlil çatışmazlığına görə, senator ona qarşı rəsmi ittihamlardan qaça bilmişdi.

61 yaşlı Robert Menendes ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin böyük üzvü kimi erməni lobbisinin maraqlarını ABŞ-da yeridən, o cümlədən Azərbaycanın ünvanına həmişə sərt, tənqidi fikirlər səsləndirən. Eyni zamanda Azərbaycanda korrupsiyanın olduğuna dair bəyanatlar verən, Azərbaycan və Türkiyəyə namizəd olan səfirləri soyqırımı açıq şəkildə bəyan etməyə məcbur edən suallar verməklə tanınır.

…read more

From:: ANS