Rusiyanın cavabı çox sərt olacaq

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin heç vaxt Rusiyanın bir hissəsi olmayacağını bildirib.

ANS PRESS-in məlumatına görə, ölkə lideri həmçinin Rusiya rəhbərliyinin də bu barədə təklif etmədiyini qeyd edib.

“Bilirsinizmi, keçmişdə belə ehyamlar olub və mən onlara çox sərt reaksiya göstərmişəm. Qərbin Belarusa qoyduğu sanksiyalar anaxronizmdir və nəinki Rusiyanı, heç balaca Belarusu da boğmaq gücündə deyil”, – deyə Lukaşenko “Bloomberg” saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, siyasətçilərin və jurnalistlərin iddialarına baxmayaraq, Putinin “imperiya ambisiyaları” yoxdur.

Bununla belə, o məsləhət görüb ki, Rusiyaya çox da əl uzatmasınlar: “Rus mentaliteti dəyənəyi cavabsız buraxmaz”. …read more

From:: ANS