Vladimir Putinlə bağlı şok iddia

ABŞ-ın “Newsweek” nəşri Rusiya prezidenti Vladimir Putin haqqında şok iddia ilə çıxış edib.

ANS PRESS-in məlumatına görə, Elizabet Brav adlı müəllif məqaləsində V.Putini Liviyanın sabiq lideri Müammar Qaddafi ilə müqayisə edir: “Müammar Qəddafi dünyada liderlərin və adi vətəndaşların ağlından çıxmamaq üçün ağıllı strategiya seçmişdi. O, düşmənlərini çaşdırmaq və qorxutmaq naminə özünü dəli kimi aparırdı. İndi də, deyəsən, Vladimir Putin oxşar strategiya seçib, gah çox məyus, sarsılmış, reallıqdan uzaq kimi görünür, gah da tamamilə yoxa çıxır.”

V.Putini Sankt-Peterburqdan tanıyan keçmiş bir səfir deyir: “Gözlənilməz kimi qəbul olunmağın bir məntiqi var. Rusiya dövlət televiziyası Putinə kollektiv psixoz mühiti yaratmaqda kömək edir. Rusiyanın strategiyası Putinin gözlənilməz portretini yaratmaqla Qərbi qorxutmaqdır. Hakimiyyətdə dəli oturubsa, ölkənin nüvə silahları da tamamilə yeni miqyas ala bilər.”

Stenford Universitetinin professoru Martin Hellmanın sözlərinə görə, nüvə silahları Putinin əlində bir kartdır. O, həmin kartdan yararlanaraq dünyaya başa salmaq istəyir ki, Rusiya regional deyil, superdövlətdir. Yəni rusiyalılar bizi bir saatdan da az vaxt içində külə döndərə bilərlər.”

Müəllif yazır ki, bu taktika keçmişdə də işləyib. Qəddafinin nüvə proqramı ona beynəlxalq ictimaiyyətlə sövdələşmə imkanı yaradıb. Şimali Koreyanın Kim sülaləsi də eyni fənddən yararlanır. Faktiki olaraq, azacıq dəlilik nüvə strategiyası üçün əsas amildir.

Yazıda deyilir ki, bir neçə il əvvəl Pentaqonun bir beyin mərkəzi Rusiya prezidentini Asperger sindromundan əziyyət çəkməsi qənaətinə gəlib. Ancaq bu sahəni idarə edən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) xarici liderlərin onlarla profilini hazırlayıb. Bəs MKİ psixoloqları Putini necə dəyərləndirir?

MKİ daxilindəki mərkəzin keçmiş rəhbəri professor Jerrold Post deyib ki, idarə bunu açıqlamaz. Prezident Putin özünü bütün rusca danışan xalqların çarı kimi görür. Ancaq özü üçün vacib olan Putinin özüdür, rusiyalılar yox.”

O, Putinin sərt üzünü məktəbli olarkən ələ salınması ilə izah edib: “O, idmana gedib ki, digər oğlanlardan qoruna bilsin. İndi onun rəhbərliyində də eyni davranışı görürük. Ələ salınan məktəbli oğlanın cüdo vərdişlərini indi nüvə başlıqları əvəzləyir.”

Xatırladaq ki, Asperger sindromu psixi pozğunluq olub, bəzən onu …read more

From:: ANS