Erməni tankı özünküləri vurdu

Ermənistanda tankdan erməni hərbçilərə atəş açılıb.

Noyabrın 24-də Ermənistan silahlı qüvvələrinin Tavuş rayonunda yerləşən hərbi hissələrindən birində T-72 tankından açılan atəş ermənilər üçün faciə ilə nəticələnib.

Qəfil atəş nəticəsində bir erməni hərbçi ölüb, digəri isə yaralanaraq yerli tibbi müəssisələrin birinə yerləşdirilib.

Hadisənin səbəblərinin araşdırıldığı bildirilir. …read more

From:: ANS