Bakıda VAZ həvəskarı oğru tutuldu

Avtomobil qaçırmağa cəhd göstərmiş paytaxt sakini Samir Məmmədov tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də Bakı şəhər sakini Afiq Novruzova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmağa cəhd göstərmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Məmmədov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Türkiyə vətəndaşı Cəfər Özsözə məxsus “VAZ-2106” markalı avtomobilli qaçırmağa cəhd göstərməsi məlum olub.

Bununla yanaşı, həmin şəxsin cari ilin fevral-mart ayları ərzində müxtəlif vaxtlarda Dmitriy Fukalova, Elmas Məmmədova, Səhrab Hüseynova və Ramin Aslanova məxsus “VAZ” markalı avtomobilləri qaçırması da müəyyən edilib. …read more

From:: ANS