Möcüzə uşaq görənləri şoka salır (FOTO)

Amerikada dünyaya gələn Timoti Eli Thompson üz anomalı ilə doğulub.

ANS PRESS-in məlumatına görə, 4 martda doğulan Elinin qeyri adiliyi 197 milyonda bir insanda təsadüf edilir; onun anadangəlmə burnu yoxdur. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Həkimlər Elinin anası Brendiyə körpəsinin burnunun olmamasının yaşamasına əngəl olmadığını bildiriblər. Uşağın nəfəs almasına yardımçı olmaq məqsədilə trakeotomi əməliyyatı edilərək nəfəs borusu açıldı.

Facebook-da 20 mindən çox təqibçisi olan balaca Eli, sosial media fenomeninə çevrilib. Elinin anası körpəsini cəmiyyətdən gizlətməyəcəyini söyləyir.

Balaca tam inkişaf etdikdən sonra estetik əməliyyatla burnuna qovuşacaq.

Rəsmi məlumatlara görə, 1931-ci ildən bu yana ABŞ-da 28 burunsuz doğum faktı qeydə alınıb.

Belə bir hadisə 2013-cü ildə İğdırda baş verib. Kimya adlı körpə burnu olsa da burun deşikləri olmadan doğulmuşdu. Həkimlərib səyi nəticəsində 5 gün içində əməliyatla açılan burun dəliyindən nəfəs almağa başlamışdı.

…read more

From:: ANS