Batan gəmidən daha bir xəbər

Bu gecə Oxot dənizində “Dalniy Vostok” adlı balıqçı gəmisinin batması nəticəsində itkin düşənlərdən birinin meyiti tapılıb.

ANS PRESS-in məlumatına görə, meyit Oxot dənizindən çıxarılıb. Beləliklə də, qəza zamanı ölənlərin sayı 56 olub.

Bundan əlavə, bildirilir ki, qəza zamanı itkin düşən 5 Myanma vətəndaşı xilas edilib.

Saxalin FHN-dən Azərbaycan səfirliyinə verilən məlumata görə, gəmidə 7 azərbaycanlı olub. Onlar 1969-cü il təvəllüdlü İmadəddin Hidayət oğlu Sadıqov, 1964-cü il təvəllüdlü Mailağa Ulduz oğlu Talıbov, 1975-ci il təvəllüdlü Yaşar Sərdan oğlu Əliyev və qardaşı 1964-cü il təvəllüdlü Elman Sərdan oğlu Əliyevdir, 1964-cü il təvəllüdlü Məhəmməd Səfər oğlu Səfərov, 1987-ci il təvəllüdlü Muradəli Qurban oğlu Məhərrəmov və 1959-cu il təvəllüdlü Fazil Hilal oğlu Şakirovdur.

Qeyd edək ki, bu gecə Oxot dənizində “Dalniy Vostok” adlı balıq ovlayanların gəmisi batıb. Gəmidə ümumilkdə 132 nəfər olub. Onlardan 78-i rus, 54 isə əcnəbidir. Xilasedilənlərdən bəzilərinin vəziyyəti çox ağırdır. 14 nəfərin isə taleyindən ümumiyyətlə xəbər yoxdur. 26 ekipaj üzvünün Saxalindən olduğu bildirilir. Bundan başqa, gəmidə Kamçatka, Stavropol və Azərbaycandan olan şəxslər də olub.

Oxot dənizində batan “Dalniy Vostok” adlı balıq ovlayanların gəmi 104 metr uzunluqda, 16 metr enində olub. …read more

From:: ANS