Əliyevdən Putinə başsağlığı

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Oxot dənizində “Dalniy Vostok” traulerinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm”.

Qeyd edək ki, bu gün gecə saatlarında Oxot dənizində Rusiyaya məxsus gəmi batıb. Gəmidə ümumilikdə 132 nəfər olub. Onlardan 78-i rus, 54 isə əcnəbidir. 54 nəfər dünyasını dəyişib. Xilasedilənlərdən bəzilərinin vəziyyəti çox ağırdır. 15 nəfərin isə taleyindən ümumiyyətlə xəbər yoxdur. 26 ekipaj üzvünün Saxalindən olduğu bildirilir. Bundan başqa gəmidə Kamçatka, Stavropol və Azərbaycandan olan şəxslər də olub. Oxot dənizində batan “Dalniy Vostok” adlı balıq ovlayanların gəmi 104 metr uzunluqda, 16 metr enində olub. …read more

From:: ANS