İrəvanda yumurta davası

Ermənistanda yeni qəribə, gülməli və maraqlı mənzərə yaranıb. Ölkə boyu vətəndaşlar yumurta davasına çıxıblar.

ANS PRESS-in məlumatına görə, aprelin 5-də Erməni Apostol kilsəsi tərəfindən qeyd ediləcək Pasxa ərəfəsində yumurtanın qiyməti əhəmiyyətli dərəcədə 70 dramadək (16 qəpik) yüksəlib. Bu, ictimaiyyətin geniş etirazına səbəb olub.

Yaranan ictimai narazılığı yatırtmaq üçün “İstehlakçıların Mənafeyinin Qorunması” İctimai Təşkilatının sədri Babken Pipoyan mətbuat konfransı keçirib və məcburi qaydada yalan informasiyalar verib. O deyib ki, yumurta bəzi mağazalarda çox aşağı qiymətə – 45-55 drama satılır. Bu yumurtalar kiçik yox, orta ölçülüdür.

B.Pipoyan bildirib ki, bu il keçən illərdən fərqli olaraq yumurta idxal olunmayıb. Bununla əlaqədar olaraq hazırda satış şəbəkəsinə anbarlardan böyük miqdarda yumurta partiyası bazarlara çıxarılıb.

İctimai təşkilatın sədri istehlakçıları yumurta alan zaman onların səthinə, təzəliyinə mütləq diqqət yetirməyə çağırıb. Onun sözlərinə görə, bunu yumurtanın qabığının köməyi ilə müəyyənləşdirmək olar: yumurta bərabər öıçüdə, ağ və təmiz olmalıdır. Əgər yumurtanın qabığı süd rəngindədirsə, bu, məhsulun təzə olmadığını göstərir.

Təbii ki, müstəqil erməni ekspertlərin də düşündüyü kimi, bu, ölkədə iqtisadi böhranın təzahürüdür. Yerli istehsalı olmadığına görə ərzaq çatışmazlığı problemi ilə üzləşən İrəvanda bu gün yumurta davası gedirsə, yəqin ki, yaxın zamanlarda insanların çörək davasına çıxması da qaçılmazdır. …read more

From:: ANS