Türkiyədə 9 azərbaycanlı tutuldu

Türkiyədə polis azərbaycanlıları saxlayıb. ANS PRESS-in məlumatına görə, Kocaeli şəhərinin Gebze rayonunda qaçaq kitab nəşri ilə məşğul olan müəssisədə polis tərəfindən əməliyyat keçirilib.

Qaçaq yolla kitab nəşr edildiyi barədə şikayət daxil olandan sonra polis hərəkətə keçib.

Kitabxanalar həftəsində mətbəədə əməliyyat keçirən polis 2848 ədəd satışa hazır kitab və çox sayda nəşrə hazırlanan kitab məmulatı ələ keçirilib.

Əməliyyat zamanı iş yerində olan 9 Azərbaycan vətəndaşı da polis tərəfindən saxlanılıb.

…read more

From:: ANS