Müdafiə nazirləri görüşdü

Aprelin 2-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

ANS PRESS-in AzərTAc-a istinadla verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli formatda inkişaf perspektivləri, dünyada və regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Üçtərəfli formatda keçirilən növbəti görüşdə həmçinin regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilməsi və üçtərəfli görüşün yekunları barədə medianın məlumatlandırılması planlaşdırılır. …read more

From:: ANS