Putinlə Poroşenko razılaşdı

Ukrayna və Rusiya arasında yaşanan siyasi gərginliyə baxmayaraq, iki ölkə arasında mühüm iqtisadi razılıq əldə edilib.

ANS PRESS-in məlumatına görə, Kiyev Moskva ilə növbəti 3 ay ərzində Rusiyadan qaz almaq üçün yeni saziş imzalayıb. Qazın min kubmetrinin qiyməti 248 dollar nəzərdə tutulub.

Ölkənin enerji naziri Vladimir Demçyuşin bildirib ki, Ukraynanın “Naftoqaz” və Rusiyanın “Qazprom” şirkətləri arasında əvvəl imzalanmış sazişin vaxtı başa çatıb. İndiki saziş “qış paketi” adlanan sənədin bəzi şərtlərini uzadıb. Biz “Naftoqaz” ilə “Qazprom” arasındakı sazişi siyasi deyil, iqtisadi yanaşmada qələbə adlandırırıq.

Ümumiyyətlə, Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş həmin razılaşma qazın min kubmetri üçün 100 dollar endirim nəzərdə tutub. Ancaq əsəs tələb odur ki, Kiyev təbii qazın qiymətini əvvəlcədən ödəyəcək.

Xatırladaq ki, “Qazprom” Avropanın qaz bazarının üçdə birini təmin edir. Ukrayna və Rusiya arasında baş verən münaqişə Avropa İttifaqının bazarlarına ciddi təsir göstərib. …read more

From:: ANS