Aİ-dən Krım tatarlarına dəstək

Avropa İttifaqının xarici siyasət idarəsi Rusiyanı Krım tatarlarının ATR telekanalının bərpasına çağırıb.

ANS PRESS-in məlumatına görə, Avropa İttifaqının bəyanatında Krım tatarlarının başqa media qurumlarının da bağlandığı deyilir.

“Biz ATR telekanalının yayın hüququnun dərhal bərpa olunmasını tələb edirik” – deyilir bəyanatda.

Qeyd edək ki, ATR Krımda rus və ukrayna dillərindən başqa tatarca verilişlər yayımlayan yeganə telekanal olub. Lakin kanalın lisenziyası aprelin 1-də başa çatdıqdan sonra Roskomnadzor lisenziyanın uzadılması barədə qərar verməyib. Bununla əlaqədar telekanalın kollektivi Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Ukrayna hökuməti dərhal reaksiya verərək Krım tatarlarının televiziyasının öz tabeçiliyində olan ərazidən yayımlanmasını təklif edib. Lakin, ATR-in baş direktoru Lenur İslyamov deyib ki, onun telekanalı Ukrayna ərazisinə köçürmək planı yoxdur, beləki bu, tatarların deportasiyasına bərabər olardı.

Buna baxmayaraq, Krımın Moskva tərəfindən təyin edilmiş rəhbərliyi lisenziyanın texniki məsələ olduğunu və bunun bilərəkdən şişirdildiyini bildirir.

Krımın rəhbəri Sergey Aksyonov deyib kİ, hazırda ATR kanalı ilə danışıqlar gedir. …read more

From:: ANS