Con Lennonun birinci arvadı öldü FOTO

Məşhur “Beatles” qrupunun üzvü Con Lenonun birinci arvadı Sintia 75 yaşında İspaniyadakı evində vəfat edib.

ANS PRESS-in məlumatına görə, bu barədə özünün “John və Cynthia” internet saytında Lennonun oğlu Culian xəbər verib. O bildirib ki, anası “xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra dünyasını dəyişib”.

Bundan əlavə Culian özünün Tvitter hesabında içərisində anasının fotosu olan ürək şəkli və ona həsr etdiyi yeni mahnını yerləşdirib.

Qeyd edək ki, Sintia və Con Liverpul incəsənət kollecində tanış olmuşdular. Onlar hələ “bitlomaniya”dan əvvəl, 1962-ci ildə evlənmişdilər. Bu evlilikdən 1963-cü ildə Culian dünyaya gəlib.

Məhşurlaşdıqdan sonra “Beatles” qrupunun çoxsaylı qadın pərəstişkarları üzündən, piar kampaniyanın davamı kimi Sintia özünü kölkədə saxlayırdı.

Daha sonra 1968-ci ildə cütlük boşanır. Bu, Syntia ərinin yaponiyalı rəssam Yoko Ono ilə sevgi macərasını eşidəndə baş vermişdi.

Syntia Lenonla birgə həyatı barədə iki kitab yazıb: “Lennonun dönüklüyü” (A Twist of Lennon) və 2005-ci ildə çapdan çıxmış “Con” kitabları.

…read more

From:: ANS