“Qanlı Ay” görünəcək

İki gün sonra Yer kürəsinin bəzi bölgələrində tam Ay tutulması müşahidə ediləcək.

ANS PRESS-in məlumatına görə, Cənubi və Şimali Amerika, Avstraliya ərazisində və şərqi Asiyanın bəzi sakinləri bu təbiət hadisəsinin şahidi ola biləcəklər.

İnsanlar arasında qorxu və həyəcan yarandıran bu tutulmaların 2014-2015-ci illəri arasında 4 dəfə baş verəcəyi bildirilmişdi. Aprelin 4-də baş verməsi gözlənilən tutulma zamanı Yer kürəsinin kölgəsi Ay səthini əhatə edəcək. Dördüncü və son qanlı Ay tutulması isə sentyabrın 28-də yaşanacaq.

Tutulma prosesi zamanı planetimizin təbii peyki olan Ay qırmızı və ya narıncı rəng alacaq. Bu da Yer səthindən dolayısı ilə keçən Günəş şüaları sayəsində baş verəcək. Məhz buna görə də bu təbiət hadisəsini “qanlı Ay” adlandırırlar. …read more

From:: ANS