İki təyyarə bir-birinə girdi (FOTO)

İrlandiyada iki sərnişin təyyarəsi bir-birinə dəyib.

ANS PRESS-in məlumatına görə, İrlandiyanın paytaxtı Dublində uçuş zolağında olan FR7312 nömrəli Zadara getməsi nəzərdə tutulan təyyarə ilə Edinburqa getməli olan təyyarə qəza keçirib.

Dərhal hava limanının xüsusi qrupunun müdaxiləsi ilə laynerlər bir-birindən ayrılıb. Hadisə zamanı sərnişinlərdən zərər çəkənin olmadığı, lakin təyyarələrdən birinin qanadının qırıldığı bildirilir.

“Ryan Air” hər iki sərnişin təyyarəsinin uçuşdan əvvəl dövrə vurduğunu, hadisənin də elə bu vaxt yaşandığını, bu səbəblə də müştərilərindən üzr istədiklərini nəzərə çatdırıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza təyyarələrdən birinin qanadının digərinin quyruq hissəsinə toxunması nəticəsində baş verib.

Xatırladaq ki, belə bir hadisə Dublin hava limanında ötən ilin oktyabr ayında da yaşanmışdı.

…read more

From:: ANS