Böyük neft platformasında yanğın, xeyli yaralı var (VİDEO, FOTO)

Meksika körfəzində böyük neft platforması yanır.

ANS PRESS-in məlumatına görə, yanğının partlayışdan sonra baş verdiyi bildirilir. Pemex Dövlət neft şirkətinin məlumatına görə, hadisə Kampeçe körfəzində olub.

Yanğın nəticəsində 45 nəfər zərər çəkib. Yaralılardan biri ölüb. 300 nəfər işçi ərazidən təxliyyə edilib.

Platformada yanğının aradan qaldırılması üçün səkkiz gəmi hadisə yerində çalışır.

Kampeçe sahilində yerləşən Abkatun platforması Pemex şirkətinə işləyən şəxsi podratçıya aiddir. Kompleksin ərazisində bu regionun başqa neft platformalarında çalışan işçilər üçün yataqxana yerləşir.

…read more

From:: ANS