ABŞ-ın ən zəngin adamının nəvəsi ölü tapıldı (FOTO)

Bir zamanlar Amerikanın ən böyük neft istehsalçılarından olan Pol Qettinin nəvəsi Endryu Qetti evində ölü tapılıb.

ANS PRESS-in məlumatına görə, 47 yaşlı nəvə Qetti Los Ancelesdəki “Hollywood”dakı malikanəsində vəfat edib. Onun ölümündən əvvəl qız tanışı ilə telefonda danışdığı təsbit edilib. Qettinin ölüm səbəbi bilinmir. Polis evdə yaşanan bir qəza və ya bir daxili xəstəlikdən Qettinin ölməsini ehtimal edir.

Hadisə yerinə gələn polis onun çılpaq cəsəsdini 3.8 milyon dollar dəyərində olan malikanəsinin duşunda yerə uzanmış bir halda tapıblar. Onun qız tanışı şübhəli olaraq saxlanılıb.

“Getty Oil” şirkətinin qurucusu olan Pol Qetti 1957-ci ildə Forbes tərəfindən ABŞ-ın ən zəngin adamı seçilmişdi. 1976-ci ildə vəfat edən Qetti öldükdən sonra kolleksiyasında olan sənət əsərləri öz adını daşıyan bir muzeydə nümayiş etdirilib. Həmin əsərlərin dəyərinin 661 milyon dollar olduğu bildirilir.

Endryu Gettinin tanışları onun bir neçə aydır özünü yaxşı hiss etmədiyini və ertəsi gün həkimə getməli olduqlarını bildiriblər.

…read more

From:: ANS