Rus spikerə erməni zərbəsi

Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin İrəvana etdiyi səfərdən sonra erməni mətbuatının kəskin zərbələrinə tuş gəlib.

ANS PRESS-in məlumatına görə, erməni mətbuatı Sergey Narışkinlə İrəvana birlikdə gəlmiş başqa bir deputatın – “Vahid Rusiya” partiyasından olan deputat, opera müğənnisi Mariya Maksakova arasında şübhəli münasibətin olduğunu iddia edib.

Erməni jurnalist Nils Harutyunyants bu günlərdə yazdığı məqaləsində Mariya Maksakovanın toyunda Sergey Narışkinin mahnı oxuması barədə yazıb. “O, gəlinlə duet oxudu, bunun özü müəyyən dumanlı şübhələrə yol açır. Rusiyada özünə havadar qazanmaq üçün hər şeyə gedən siyasətçilər yetərincədir”,- deyə jurnalist vurğulayır.

Daha sonra erməni jurnalist rus spikeri homoseksual müğənni Boris Moiseyevə bənzətməkdən çəkinməyib: “Narışkin, bilirsiniz, nə oxudu? Daha öncə Borya Moiseyevin oxuduğu bu mahnı rəmzi olsa da, müəyyən fikirlərə yol açır. Rusiyanın çox sayda məşhur məmurları və siyasətçiləri Avropaya hətta Hollandiyadan çox inteqrasiya ediblər. Təbiətləri belədir, neyləsinlər”.

Ermənilərin Sergey Narışkinə nifrətinin səbəbi hələ ki, aydın deyil. Ola bilər ki, Rusiya Dövlət Dumasının sədri İrəvanda olarkən Ermənistan qarşısında ciddi şərtlər qoyub və bu da ermənilərin milli şantaj yolu tutmasına səbəb olub. …read more

From:: ANS