Manatın taleyi necə olacaq?

Azərbaycan Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədliyini yenidəmn irəli sürülən Elman Rüstəmov parlamentin İqtisadi Siyasət Komitəsinin bu günkü iclasında valyuta siyasətinin kökündən dəyişəcəyinə dair bəyanatı ictimaiyyətdə, eləcə də ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.

ANS PRESS-in məlumatına görə, E.Rüstəmov deyib: “Biz artıq dinamik bir sistemə daxil olmuşuq. Bu gün manatın məzənnəsi idarə olunan üzən məzənnə adlandırılır. Manat bu gün xarici valyutalara nisbətdə öz dəyərini axtarır.”

Virtualaz.org Mərkəzi Bank rəhbərinin fikirlərini təhlil edib. Azərbaycan hələ tam üzən məzənnə siyasətinə keçid üçün hazır deyil. Bunun üçün valyuta qazanan və valyuta satan çox olmalıdır. Ölkədə hazırda 2-3 əsas valyuta satan şirkət var – Dövlət Neft Fondu, SOCAR və Mərkəzi Bank. Hazırda bizdə üzən məzənnəyə hazırlıq gedir. Əgər biz hazırda məzənnəni idarə etməsək, dollar daha 20-30% möhkəmlənə bilər ki, bu da iqtisadiyyatda əsəbilik yaradar. Ona görə də idarə olunan üzən məzənnə siyasəti yürüdürük.

Mərkəzi Bank sədri daha bir mənfi tendensiyadan – Azərbaycanda müşahidə olunan dollarlaşma prosesi davam etməsindən danışıb. Onun sözlərinə görə, fevral ayında milli valyutanın devalvasiyasindan sonra Mərkəzi Bank bazarda 1 mlrd. dollardan çox valyuta satışı həyata keçirib. Başqa sözlə, bu, təkcə devalvasiyadan sonra Mərkəzi Bankın strateji valyuta rezervlərinin daha 1 milyard dollar azalması deməkdir.

Ondan əvvəl isə Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün ay yarım-iki ay ərzində 2 milyard dollardan çox vəsait satışa çıxarmışdı.

E.Rüstəmov bildirib ki, dollarlaşma prosesinin aprel-may aylarında da davam edəcəyi gözlənilir: “Lakin daha aşağı səviyyədə olacaq və səngiyəcək.”

Mərkəzi Bank rəhbəri bu il ərzində Azərbaycanda şok devalvasiya gözlənilmədiyini bildirib: “Əlbəttə ki, neftin qiyməti və digər amillər nəzərə alınmaqla. Neftin qiyməti üzrə əsas proqnoz isə 50-55 dollar/barel səviyyəsindədir.”

Bu isə o deməkdir ki, Mərkəzi Bank il ərzində daha bir kəskin devalvasiyanı istisna etmir. Bu da dünya bazarlarında neftin növbəti dəfə kəskin ucuzlaşmasından və makroiqtisadi göstəricilərə mənfi təsir edən digər amillərdən asılı ola bilər.

Qeyd edək ki, neftin qiymətinə dair əksər proqnozlar neqativdir. Yaxın Şərqdəki bütün təlatümlərə, hər …read more

From:: ANS