Putinin qadını Alina Kabayeva haqda film

Rusiya Dövlət Dumasının keçmiş deputatı, tanınmış gimnast Alina Kabayeva haqqında çoxseriyalı film çəkilir.

ANS PRESS-in Woman’s day saytına istinadən verdiyi məlumata görə, film “Çempionlar: 4 ünsür” adı ilə ekranlaşdırılacaq. Filmdə Rusiyanın tanınmış idmançılarının həyat və yaradıcılıqları barədə danışılacaq.

Filmin birinci hissəsində Alina Kabayevanın Seçidəki uğurlu çıxışı və digər qələbələri barədə söhbət açılacaq.

Filmdə həmçinin Rusiyanın qaydasız döyüş üzrə tanınmış döyüşçüsü Aleksandr Karalin, tanınmış üzgücü Aleksandr Popov, gimnastlar Svetlana Xorkina barədə danışılır.

Çəkiləcək filmin rejissoru Artem Aksenenkodur.

Çoxseriyalı filmdə Aleksandr Karalinin obrazını Sergey Bondarçuka oynayacaq. Aleksandr Karalinin rolunu isə Yevgeniy Pronin ifa edəcək.

Lakin filmin rejissoru çətin vəziyyətə düşüb. Çünki Svetlana Xorkina və Alina Kabayevanın rolunu ifa edəcək aktrisa tapılmayıb. Bunun səbəbi isə tanınmış idmançıların oxşarları tapılmır.

Qeyd edək ki, filmdə Darya Ekamasova, Aleksndr Robak, Sergey Sosnovçki,Camal Tetruaşvili kimi tanınmış aktyorlar da rol alacaq. …read more

From:: ANS