Ruslar İrəvanı qarışdırdı

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri İrəvanda Ermənistan parlamentinə girən zaman sərxoş olublar.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni jurnalist Nils Harutyunyantsın səfərlə bağlı yazdığı məqaləsində bildirilir. Onun sözlərinə görə, Rusiya deputatları İrəvanda özlərini ağa kimi hiss edirlər və buna görə də ermənilərin etirazına məhəl qoymayıblar.

Jurnalistin yazdığına görə, erməni deputatlar Rusiya nümayəndə heyətinin sərxoş olduğunu görsələr də, səslərini çıxarmayıblar. Çünki sovet ənənəsinə uyğun olaraq mərkəzdən gələnləri incitmək istəmirlər.

Qeyri-rəsmi məlumatalara görə, bəzi rus deputatlar Ermənistan parlamentində özlərini o qədər pis hiss ediblər ki, mədələrindəki turşumuş yemək və içki qalıqlarından elə dədə-baba üsulu ilə xilas olublar. Təbii ki, erməni parlamentinin dəhlizlərinin künc-bucağı onların işğalından kənarda qalmayıb.

Əslində, Rusiya Dövlət Dumasının nümayəndə heyətinin Ermənistan parlamentinə sərxoş girməsinin əsas günahkarı spiker Qalust Saakyandır. O, Rusiya nümayəndə heyətinin gəlişi ərəfəsində oliqarx deputatları məcbur etmişdi ki, şəxsi bufetini bahalı ərzaqlarla və içkilərlə doldursunlar. Nəticə göz qabağındadır. …read more

From:: ANS