Çingiz Mustafayev yaradıcıllığına Türkiyə marağı (VİDEO)

“Çingiz Mustafayev bir azərbaycanlı jurnalisti, reportyoru kimi çoxdan ölkə çərçivəsindən çıxmış, bəşəri yaradıcı insan olaraq qəbul edilib. Bir çox ölkələrdə onun adına mükafatlar təqdim olunur, konfranslar keçirilir”.

Bunu Türkiyənin paytaxtı Ankarada XX Beynəlxalq Ən yaxşı xəbər görüntüləri müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayev deyib.

Onun sözlərinə görə, bu gün isə Türkiyə Xəbər Dərnəyi tərəfindən Çingiz Mustafayev adına mükafat təsis edilməsi bir daha onun yaradıcıllığı ilə qonşu, dost Türkiyənin də yaxında tanışdırlar.

Qeyd edək ki, mükafatlandırma mərasimi ötən gecə baş tutub. Müsabiqədə fərqlənən xəbər operatorlara Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına xüsusi mükafat təqdim olunub.

Bu ilki müsabiqəyə 89 ölkədən operator və jurnalistlər qatılıb.

Beynəlxalq müsabiqənin təşkilatçılarının verdiyi məlumata görə, bundan sonra hər il “Çingiz Mustafayev mükafatı” təqdim ediləcək.

Daha sonra müsabiqədə mükafatlara layiq görülən operator və jurnalistlərə Vahid Mustafayev hədiyyələr təqdim edib.

…read more

From:: ANS