Sumqayıtda iki nəfəri öldürdülər

Sumqayıt şəhərindən iki nəfər yol qəzasının qurbanı olub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 31-də saat 23 radələrində Sumqayıt şəhərində qeydə alınıb.

Şəhər sakini Seymur Məhərrəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini İlham Poladovu və onun oğlu İsmayılı vurub.

Qəza nəticəsində hər iki piyada hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. …read more

From:: ANS