Nazir işçilərini təbrik etdi

Nazir Əli Abbasov rabitəçilər və informasiya texnologiyaları sahəsi işçilərini peşə bayramı münasibəti ilə təbrik edib.

ANS PRESS-in RYTN-ə istinadla verdiyi məlumata görə, nazir 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularımı bildirib:

“Son illər ərzində Azərbaycanda informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. İKT sahəsi üzrə gəlirlərin artım tempi dünya üzrə artım tempini bir neçə dəfə üstələyir. Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkişafı ümummilli liderin siyasi kursunu davam etdirən prezidentimiz İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunub. Dövlət başçısı çıxışlarında İKT sektorunun inkişafının zəruriliyini, eləcə də prioritetliyini və bilik iqtisadiyyatının yaradılmasındakı rolunu dəfələrlə qeyd edib”.

Nazir qeyd edib ki, Azərbaycan rəqəmli fərqliliyin aradan qaldırılması və regionun İKT mərkəzinə çevrilməsi istiqamətində bir sıra mühüm irimiqyaslı regional layihələr həyata keçirir. “”Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), milli telekommunikasiya peykinin orbitə çıxarılması, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik, Milli Nüvə Tədqiqatları Mərkəzlərinin yaradılması istiqamətində görülən işlər sektor üzrə həyata keçirilən islahatların bir qismidir”.

Əli Abbasov bildirib ki, ötən gün başa çatan “Bakutel-2014” sərgi-konfransı və bu çərçivədə həyata keçirilən tədbirlər Azərbaycanın qlobal informasiya cəmiyyətindəki yerini aydın görməyə imkan verir: “İldən-ilə sərgidə iştirak edən beynəlxalq şirkətlərin və xarici ölkələrin sayının artması bu sərgi-konfransın böyük beynəlxalq nüfuza malik olmasının əyani təzahürüdür.

Bütün bunlar göstərir ki, ölkə başçısının diqqət və qayğısı ilə rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri İKT sektorunun inkişafı, əhalinin həyatın hər sahələrində informasiya texnologiyalarının imkanlarından bəhrələnməsi, sürətlə inkişaf edən rəqəmsal əsrdə ən qabaqcıl xidmətlərin təqdim olunması istiqamətində əllərindən gələni əsirgəmirlər”.

Nazir rabitə və informasiya texnologiyaları sahəsi işçiləri Azərbaycan dövlətinin tərəqqisi və inkişafı , vətəndaşlarımızın firavan həyatı, ölkəmizin dünya birliyində layiqli yer tutması üçün bundan sonra da bütün qüvvələrini səfərbər edərək, bilik və bacarıqlarını daim mükəmməlləşdirərək vicdanla çalışacaq, Vətənə yüksək xidmət və sədaqət nümunəsi göstərəcəklərinə əmin olduğunu vurğulayıb. …read more

From:: ANS