Buxari prezident seçildi

72 yaşlı Muhammadu Buxari Nigeriyanın yeni prezidenti seçilib.

ANS PRESS-in məlumatına görə, onun namizədliyi ölkənin əsas müxalifət partiyası Bütün Mütərəqqi Qüvvələr Konqressi tərəfindən irəli sürülüb.

Müstəqil milli seçki komissiyasının verdiyi məlumata görə, Buxari səslərin 53,96%-ni qazanıb və 15,4 mln seçici ona səs verib. Hazırkı prezident Qudlak Conatana isə seçicilərin 44,96%-i (12,85 mln adam) səs verib.

General Muhammadu Buxari 1983-85-ci illərdə hərbi çevirilşdən sonra ölkəyə rəhbərlik edib. Zirehli tank dviziyasına komandirlik etmiş general korrupsiyaya qarşı ciddi mübariz kimi tanınır.

1985-ci ildə hərbi çeviriliş etmiş general İbrahim Babanqida general Buxarini 1988-ci ilə kimi həbsdə saxlamışdı.

General Buxari martın 28-də keçirilmiş seçkilərdə qələbə çalıb. Buxari 7 şimal ştatında qələbə çalıb.

…read more

From:: ANS