Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.

Azərbaycan Dövlət Neft Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 56‚96 dollardır. Azərbaycan neftinin qiyməti 0‚31 dollar, yaxud 0‚54% ucuzlaşıb.

Nyu-York və London birjasında neft fyuçerslərinin qiyməti ucuzlaşmağa davam edir.

ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,22 % (1.08 dollar) azalaraq 47,60 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1.18 dolar enərək 55,11 dollar olub.

Qeyd edək ki, bir müddət əvvəl OPEC açıqlamasında bu il neftin qiymətinin 60-70 dollar arasında olacağını bəyan etmişdi. …read more

From:: ANS