7 vərdişlə xoşbəxt ol (FOTO)

Artıq yazdır. Həyatımızda yeni səhifə açmaq üçün ən yaxşı zamandır. Zərərli vərdişlər, artıq çəkilərdən, stresdən qurtulmaq üçün işə başlamağa dəyər.

Həyatımızı yaxşıya doğru dəyişmək üçün isə bizə cəmi 7 addım kifayətdir. Bəs bunlar nədir?
ANS PRESS cansıxıcı günlərdən qurtulmaq üçün 7 sadə vərdişi təqdim edir.

1) Yeməyi evdə hazırlayın. Bu həm sizə sağlam qidalanmağa kömək edəcək. Həm də uzun müddət tox qalmağa səbəb olacaq. Bu yolla həm də artıq çəkidən xilas olmaq olar. Belə ki, yediyinizə, porsiyalara özünüz nəzarət edirsiz.

2) Su iç. Dəriniz daha gənc, nöqsansız və canlı olacaq. Daxili orqanlarınızın da fəaliyyəti yaxşılaşacaq.

3) Az otur- çox gəz. Oturaq həyat tərzi ömürünüzü bir neçə il azalda bilər. Bu həm də müxtəlif xəstəliklərin də təməlini qoya bilər.

4) Təbiətdə gəzintini artır. Müntəzəm olaraq açıq havada gəzən insanlar daha sağlam olurlar.

5) Hərəkət et. Ən azı həftənin 5 günü 30 dəqiqə aerobika ilə məşğul olmaq məsləhətdir.

6) Yaxınlarınla zaman keçir. Qohumları, dostları ilə daha çox zaman keçirənlər həm daha xoşbəxt olur, həm də daha uzun yaşayırlar.

7) Şükr et. Bu mənəvi rahatlıq üçün inanılmaz müsbət təsirə malikdir.

…read more

From:: ANS