Rusiyada bakılı İslam əmiri

Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan vətəndaşı Murad Atayevin də daxil olduğu qruplaşmaya qarşı terrorçuluqla bağlı hərbi məhkəmə işi başlayıb.

ANS PRESS-in məlumatına görə, qrup üzvləri 27 dekabr 2013-cü il tarixdə Pyatiqorskda şəhər yol polisinin binası qarşısında partlayış törətməkdə günahlandırılırlar. Hadisə zamanı yoldan keçən üç nəfər həlak olmuşdu.

İstintaq versiyasına görə, terror hadisəsini Azərbaycan vətəndaşı Tural Atayevin rəhbərlik etdiyi “Xasavörtovskiy sektor” qruplaşması həyata keçirib. Tural Atayev özü 2014-cü il martın 25-də Dağıstanda həlak olub.

Qruplaşmada Muraddan başqa iki nəfər Stavropol və üç nəfər Dağıstan sakini mühakimə edilir. Murad və bir nəfər qruplaşma üzvü cinayəti etiraf edib.

Vəkil məhkəmədə müttəhimlərin işgəncə nəticəsində cinayəti boynuna götürdüyünü bildirib. …read more

From:: ANS