Səudiyyə ordusu ilə hutilər toqquşdu

Səudiyyə Ərəbistanı quru qoşunları ilk dəfə olaraq hutilərlə üz-üzə gəlib.

ANS PRESS-in məlumatına görə, hazırda Səudiyyə-Yəmən sərhədində Səudiyyə Ərəbistanının nizami ordusu ilə Yəmənin huti qiyamçıları arasında ağır toqquşmaların baş veridiy bildirilir.

Bundan əvvəl Səudiyyə rəhbərlik etdiyi Ərəb koalisisiyası ilə birlikdə Yəmən üzərinə hava reydləri keçirirdi.

Xəbər verilir ki, hazırda sərhəd boyunca toplar da daxil olmaqla, ağır silahlardan istifadə ilə döyüşlər davam edir.

Huti qiyamçılar ötən il Yəmən paytaxtı Sananı ələ keçirdikdən sonra ötən həftə prezident Abd-Rabbu Mansour Hadinin sığındığı Ədən şəhəri üzərinə hücuma başlamışdılar.

Qərb istiqamətində huti qiyamçıları Qırmızı dəniz üzərindəki strateji hərbi-dəniz bazasını ələ keçiriblər. …read more

From:: ANS