Günün bürcü: qəfil dəyişikliklər ola bilər

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – gün ciddi problemlərin təhlili, mürəkkəb məsələlərin həlli ilə bağlıdır.
Sadə olmayan analitik işlə məşğul olaraq mürəkkəb durumu çözə bilərsiniz.

Yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın.
Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər.

İnadkar olmayın, gərəksiz mübahisələr etməyin.

Buğa – şəxsi həyatınızda qəfil dəyişikliklər ola bilər. Baş verən hadisələrin sizi qəfil yaxalamasına imkan verməyin.
Yeni nəyəsə başlaya bilərsniz. Amma əvvəlcə ətrafınıza diqqətlə nəzər salın.

Çətinliklərlə üzləşəndə yardımınıza gələ biləcək insan olmalıdır.
Bu gün maraqlı insanlarla görüşlər, qeyri-adi münasibətlərin başlanması mümkündür.
Şəxsi həyatınızla bağlı perspektiv planlar yarana bilər.

Alış-verişlə, xüsusilə iri məbləğdə nə isə almaqla bağlı böyüklərin məsləhətlərinə qulaq asın.

Əkizlər – bu gün pula ehtiyacınız artacaq. Pul qıtlığı və maliyyə çatışmazlığı əhvalınızı əməllicə korlaya bilər.
Alış-verişdə ən zəruri ehtiyaclarınızın ödənilməsi ilə kifayətlənin.

Torpaq, daşınmaz əmlak və s. ilə bağlı əməliyyatları təxirə salın.
Qəti qərarlar verməyə tələsməyin.
Vaxtınızı sadə və rahat keçirin, məsuliyyətli qərarlar qəbul etməyin. İfrat zəhmət və güc tələb edən heç nə etməyin.

Bu gün hiperaktiv zəhmətinizə ciddi ehtiyac duyulmur.

Xərçəng – bu gün müstəqilliyə ciddi ehtiyacınız və istəyiniz olacaq. Kimsə ilə məsləhətləşmədən, nəsihətlərə qulaq asmadan davranmaq istəyirsiniz.

Təhtəlşüurunuza qulaq verin, hissiyatınızı dinləyin. Belədə ciddi problemlər yaranmamalıdır.
Yaxınlarınıza köməyiniz, o cümlədən maddi dəstəyiniz gərək ola bilər.

Əmlakınıza diqqət edin. Bahalı əşyalarınızdan birinin sıradan çıxma, sınma və ya itmə ehtimalı var. Səbəbsiz xərclər ola bilər.

Birmənalı olmayan münasibətlər yaşadığınız insandan xoş xəbərlər ala bilərsiniz.
Günün ikinci yarısında qohumlarınızdan biri sizə sürpriz edəcək.

Şir – valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümknüdür.

Digər tərəfdən, məhz bu gün məntiqli addımlar atılarsa, plaşdırılmış işləri başa vurmaq olar.
Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür.
Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil.

Ehtiyatlı olun, …read more

From:: ANS