Yəməndə çox sayda qatıqçı fəhlə öldü

Yəmənin Hüdeydə şəhərindəki qatıq fabrikində yanğın baş verib.

ANS PRESS-in məlumatına görə, bədbəxt hadisə nəticəsində 29 fəhlə ölüb, 18 nəfəri ağır olmaqla 25 nəfər xəsarət alıb.

Yəmən səhiyyə nazirliyi Hüdeydə bürosunun rəhbəri Əbdürrəhman Carullah “Anadolu” agentliyinin bölgə müxbirinə verdiyi açıqlamada faktı doğrulayıb.

Bəzi mənbələr, Ərəb koalisiyasının husilərə qarşı keçirdiyi hava hücumu zamanı fabrikə qəlpə dəydiyini və yanğının da bu səbəbdən baş verdiyini idddia edirlər.

Digər bir mənbə isə yanğının husilərin nəzarətində olan hava limanından həyata keçirilən tank atəşi zamanı baş verdiyini iddia edib.

Fabrik rəhbərliyi isə hadisə barədə açıqlama verməyib. …read more

From:: ANS