Aytən Səfərova həmkarını belə aldatdı (VİDEO)

Azərbaycanın tanınmış və hazırcavab aparıcısı “1 aprel – gülüş günü” də öz ampulasında olub.

ANS PRESS-in məlumatına görə, “Salam, Azərbaycan” səhər proqramının məşhur və sevilən teleaparıcısı Aytən Səfərova canlı efirdə “1 aprel – gülüş günü”ndə həmkarı ilə zarafatlaşıb.

Belə ki, canlı yayım zamanı hava haqqında məlumatı çatdırmaq üçün efirə qoşulan aparıcı Röya Bənənyarlı həmkarı Aytən Səfərovanın zarafatını ciddi qəbul edib.

A.Səfərova ona arxasında nəsə uçduğunu dedikdə, o da buna inanaraq geriyə doğru baxır və bir şey olmadığını görür. R.Bənənyarlı bununla da gün ərzində ikinci dəfə aldadıldığını deyir. Bundan əvvəl isə sürücünün onunla “1 aprel – gülüş günü” ilə bağlı zarafat etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, bir zamanlar hamını “Kök altı”na salan aparıcı öz yumor hissi, hazırcavablığı ilə seçilir. O, 1998-ci ildən etibarən ANS telekanalı ilə əməkdaşlıq etməyə başlayıb. O, daha çox “Xəbərçi” və “Kök altı” verlişlərindən tanınmağa, sevilməyə başlayıb.

…read more

From:: ANS