Azərbaycanlı avtoritetlərin Rusiya həbsxanasında “razborkası” (FOTO, VİDEO)

Azərbaycanlı “qanuni oğru”lar Moskvadakı “Matrosskaya tişina” istintaq təcridxanasında əsl qanlı “razborka”ya çıxıblar.

ANS PRESS-in Virtualaz.org-a istinadən verdiyi məlumata görə, artıq ikinci həftədir orada kütləvi dava-dalaş gedir, təcridxananın lazareti (xəstəxana) isə yaralılarla doludur.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrdən agentliyə verilən məlumata görə, başda killer “Nazim Xromoy” (Nazim Hümbətov) və kriminal avtoritet Erdak Lənkəranski olmaqla 30-dək adam ötən həftə “Zayka” ləqəbli avtoritet Zaur Əliyevin saxlandığı “Matrosskaya tişina” istintaq təcridxanasının kamerasına soxulub.

Onlar əlləri qandalda olan “Zayka”nı amansızcasına döyüblər. Bütün bu proses bir neçə mobil telefonla çəkilib. Bu olanlar üstəlik skype vasitəsilə “Lotu Quli”nin (Nadir Səlifov) uzunmüddətli cəza çəkdiyi Azərbaycan türməsinə – Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsinə translyasiya olunub. Çünki bu amansız qisasın təşkilatçısı məhz “Lotu Quli” olub.

Dekabrın 2-də isə buna cavab gəlib. “Matrosskaya tişina” təcridxanasının “smotryaşi”si olan “qanuni oğru” Nukri Qalski (Nukri Doçiya) digər məhbusları başına yığaraq “Zayka”ya hücum edənlərin 7-ni vəhşicəsinə döyüb. Döyülənlər arasında ən ağır xəsarət alanlar “Nazim Xromoy” və Erdak Lənkəranskidir. Döyülən digər şəxslər kimi onlar da hazırda təcridxananın lazaretində müalicə olunurlar.

“Lotu Quli” ilə Rövşən Lənkəranski (Rövşən Canıyev) barışmaz düşmənlərdir. Lakin onlar Zaur Əliyevə bir-birlərinə nifrət etdiklərindən daha çox nifrət edirlər. Hər iki “qanuni oğru” “Zayka”nı sıradan çıxarmaq, “başa salmaq” üçün bir müddət hətta güclərini də birləşdirmişdilər.

“Rosbalt” bildirir ki, “Zayka”nı bir neçə saat dayanmadan döyüb və işgəncə veriblər. Onun sifətində salamat yer qalmayıb. “Zayka”nı döyənlər ondan köhnənin təhqiramiz söhbətinə görə “Lotu Quli”dən Skype vasitəsilə üzr istəməyi tələb ediblər. Zaur Əliyevə yaxın mənbələr bildiriblər ki, “Zayka” yalnız bir məsələdən – hücum edən şəxslərin onun hamilə həyat yoldaşını elə kameradanca telefonla hədələyəndən sonra “sınıb”.

“Matrosskaya tişina”dakı hadisə dərhal ən nüfuzlu “qanuni oğru”ların əsas müzakirə mövzusuna çevrilib.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, kriminal aləmdə faktiki olaraq yeni müharibə başlayıb və bu savaşın hələ çox qurbanları ola bilər.

Böyük qardaşlarının və valideynlərinin əzizləmə mənasında “Zayka” deyə çağırdığı Zaur Əliyev Moskvaya təxminən 15 il öncə gedib və azərbaycanlı …read more

From:: ANS