Amerikalılar İranla razılıq istəyir

Birləşmiş Ştatlarda keçirilmiş yeni rəy sorğusuna əsasən, amerikalıların böyük əksəriyyəti İranın nüvə proqramının məhdudlaşdırılmasına dair razılığına dəstək verir.

ANS PRESS-in məlumatına görə, bu, “Washington Post” qəzeti və “ABC News” şirkətinin birgə keçirdiyi sorğu nəticəsində alınıb.

Sorğuda iştirak edən amerikalıların 59 faizi razılığın əldə edilməsinə dəstək verib, 31 faizi bunun əleyhinə olub. Sorğuda iştirak edən 1003 respondentin İranla razılığın Tehranı atom silahı istehsalından çəkindirəcəyinə inanmadığı göstərilir.
Rəy sorğusu Birləşmiş Ştatlar və dünyanın daha beş qüdrətli dövlətinin İranla beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində Tehranın nüvə proqramının qarşısının alınması məqsədilə İsveçrədə danışıqlar apardığı bir vaxt keçirilib. Tərəflər bu gün üçün qoyduğu son möhlətə qədər razılığın əldə edilməsinə çalışır.

Çin, Fransa, Almaniya, Rusiya, Britaniya və ABŞ İranın dünyada nüvə qabiliyyətinə malik 10-cu ölkə olmasına imkan verməməklə yanaşı, Tehran nüvə silahı istehsalına cəhd göstərsə, azı bir il əvvəl xəbərdarlıq verilməsini istəyir.

Rəy sorğusu göstərir ki, sorğuda iştirak edən respondentlərin demoqrafik və siyasi mənsubiyyətindən asılı olmayaraq, ABŞ-ın razılığı əldə etməsini dəstəkləyənlər ona qarşı çıxanlardan daha çoxdur.

Lakin razılığın əldə edilməsinə dəstəyin respublikaçılar arasında daha zəif olduğu deyilir. …read more

From:: ANS