Məşhur sənətçi xərçənglə savaşır

Xərçəng xəstəliyindən əziyyət çəkən müğənni Kayahanın səhhəti getdikcə pisləşir.

ANS PRESS-in məlumatına görə, ötən həftə xəstəxanaya yatırılan Kayahanın son vəziyyəti ilə bağlı açıqlamanı həyat yoldaşı İpək Acar verib.

O, sosial şəbəkədə məşhur sənətçi ilə birlikdə olan şəkillərindən birini paylaşıb və sevənlərindən dualarını əskik etməməyi istəyib.

“Böyük sevginiz, dualarınız, gözəl diləkləriniz və mənə güc verdiyiniz üçün çox sağ olun. Bu çətin günlərimizdə yanımızda olan hamıya təşəkkür edirik. Hamımızın duası ilə daha yaxşı olacaq”, – deyə sənətçinin xanımı bildirib.

Bundan başqa o, bir neçə gün əvvəl sosial şəbəkədə martın 29-da 66 yaşı tamam olan Kayahanın tezliklə sağalacağına ümid etdiyini yazmışdı.

…read more

From:: ANS