İŞİD-ə ağır zərbə, Tikrit azad edildi

İraq ordusu Tikrit şəhərini İŞİD terror qruplaşmasından azad edib.

ANS PRESS-in məlumatına görə, bu barədə İraq baş naziri Heydər əl-Abadi açıqlama verib.

Baş nazir İraq ordusunun terrorçular üzərində qələbə qazandığını bildirib.

Qeyd edək ki, 2014-cü ilin iyun ayından başlayaraq Mosul başda olmaqla İraqın bir neçə şəhərini ələ keçirmişdi.

Bu ilin əvvəlindən başlayaraq İraq ordusu beynəlxalq koalisiya qüvvələri və yerli könüllülərin dəstəyi ilə terrorçulara qarşı böyük əməliyyata başladığını bəyan edib.

Tikrit şəhərinin azad olunması İraq ordusuna Mosulu azad etməyə əlverişli şərait yaradır. …read more

From:: ANS