Dünyanın ən qorxunc həbsxanası (FOTO)

Dünyanın ən qorxunc həbsxanalasının fotoları yayımlanıb.

ANS PRESS-in məlumatına görə, italyan fotoqraf Cuzeppi Bizzarri 20 ildir yaşadığı Braziliyanın Sao Paulodakı həbsxanalarını görüntüləyib. Fotoqraf bu həbsxanaların şəkillərini çəkə bilən çox az insandan biridir.

Fotoqraf ölkədəki həbsxanaları gördükdən sonra dəhşətə gəldiyini söyləyib. O qeyd edir ki, Braziliyadakı həbsxanalar cinayət universiteti kimi qəbul olunur:

“Bu həbsxanalarda ölkə daxilindəki böyük cinayət təşkilatları üçün işçi təmin edilir. Həbsxanalardakı əsas problem həddindən artıq sıxlığın olmasıdır. Bu səbəbdən həbsxanalarda vərəm kimi yoluxucu xəstəliklər tez-tez yayılır”.

…read more

From:: ANS