Soyqırımın canlı tarixi (VİDEO)

Ermənilərin Bakı ilə yanaşı ölkənin rayonlarında törətdiyi qırğınlardan ən böyüyü Qubada baş verib. Bu rayonda aşkarlanan məzarlıq sonradan soyqırımın canlı tarixinə çevirildi.

ANS TV-nin məlumatına görə, səhər saatlarından başlayaraq Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığa gələrək soyqırım qurbanlarının xatirəsini ehtiramla anırlar.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb.

Bura bölgə ilə yanaşı paytaxt və digər rayonlardan da gün ərzində ziyarətçilər gəlib.

“Ermənilərin törətdiyi bu vəhşiliyin uşaqların yaddaşından silinməmək məqsədilə bu gün Xocalı məktəblilərinin Quba Soyqırımı Memorial Kompleksinə və ərazidəki kütləvi məzarlığına gətirmişik”, – deyə ziyarətçi Vahab Dəvəli bildirib.

Quba Soyqırımı Memorial Kompleksinin direktoru Səidə Abbasova təxminən 600 insanın xüsusi qəddarlıqla qətlə yetirilərək kütləvi şəkildə basdırıldığı bu məzarlığın il ərzində müntəzəm ziyarət olunduğunu deyir.

Artıq 17 ildir ki, ölkədə azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. Gün ərzində Qubadakı kütləvi məzarlığı xeyli sayda – 22000 insan ziyarət edib.

Ziyarətçilər bildiriblər ki, Quba məzarlıgı erməni vəhşiliyinin tarixi sübutudur və bu soyqırıma dünya səviyyəsində huquqi qiymət verilməlidir.

“31 Mart hadisələrində 16672 insan qətlə yetirilib. Təkcə Quba şəhərində 2 min adam bu hadisələrin qurban olub, 100 qadına təcavuz edilib, 25 milyon rubl ziyan dəyib, 167 kənd dağıdılıb”, – deyə tarixçı-müəllim Anar Murtuzov bildirib.

1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırım zamanı amansızcasına qətlə yetirdikləri insanlar arasında azərbaycanlılarla yanaşı, ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də var. Onlar da məhz bu kütləvi məzarlıqda defn olunub.

…read more

From:: ANS