Bakıda Human Rights Watch əməkdaşı saxlanılıb

Bu gün Bakı aeroportunda Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndəsi Georgi Qoqia saxlanılıb.

Bu haqda Tvitter hesabında Avropa Şurasının keçmiş komissarı Tomas Xammerberq yazıb.

“Turan”-nın Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi sorğuya, bu barədə informasiyaya malik olmadığı bildirilib. Sərhəd xidməti də bu haqda açıqlama verməyib.

“Qoqianın mobil nömrəsinə zəng etmək cəhdləri müvəffəq olmayıb”, – deyə agentlik bildirib.

Qoqiyanın Bakıya gəlmə səbəbi bəlli deyil. Həmçinin onun haradan Bakıya gəldiyi də məlum deyil. …read more

From:: ANS